İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya taxılını alan yoxdur: İxrac 2 dəfədən çox azalıb

Avqustun əvvəlindən bəri Rusiyanın taxıl ixracı 2 dəfədən çox azalıb. Musavat.vcom xəbər verir ki, məlumatı Rusiya Taxıl İttifaqı açıqlayıb. Bildirilir ki, ilk 10 gündə ötən ilin eyni dövründəki 2,63 milyon tona qarşı taxıl ixracı 1,135 milyon ton təşkil edib.

Birliyin analitik departamentinin direktoru Yelena Türinanın İnterfaks-a verdiyi məlumata görə, buğda ixracı 2,3 dəfə azalaraq 2 milyon 191 min tondan 956 min tona, arpa 1,6 dəfə azalaraq 244 min tondan 156 min tona, qarğıdalı isə 4,2 dəfə azalaraq 95,3 tondan 22,6 min tona min düşüb.

Ekspertin sözlərinə görə, Rusiya buğdasının göndərildiyi ölkələrin sayının azalması tendensiyası da davam edir: ötən ilin eyni dövründəki 33-dən 11-ə qədər. Bu il buğda ixrac edən şirkətlərin sayı bir il əvvəlki 63-dən 15-ə düşüb.

Rusiya buğdasının qiyməti (4-cü dərəcəli, FOB Novorossiysk) bir ton üçün 234 dollar təşkil edir, bir həftə ərzində o, 2 dollar, avqustun əvvəlindən 7 dollar ucuzlaşıb. Eyni zamanda Avropa buğdası avqustun 1-dən 7 dollar bahalaşaraq bir ton üçün 239 dollara, Amerika buğdası 4 dollar bahalaşaraq 220 dollara yüksəlib. Ekspert qeyd edib ki, yeni məhsulun bazara daxil olması qiymətləri daha kəskin dalğalanmalardan qoruyur. Bir il əvvəl fransız buğdasının tonu 243 dollar, Amerika buğdası isə 220 dollar idi.

Qeyd edək ki, uzun illər boyu Rusiya buğdasının əhəmiyyətli alıcılarından biri də Azərbaycan olub. İllik 1.3 milyon tona qədər çatan idxalın 90 faizdən çoxu bir qayda olaraq Rusiyadan reallaşıb. Lakin bu ilin əvvəlindən etibarən idxalda Qazaxıstanın payı sürətlə artaraq 80 faizi keçib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR