İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal ərzaq idxalı xərcləri 1,8 trilyon dollara çatacaq

Qlobal miqyasda ərzaq məhsullarının idxalı ilə bağlı xərclərin cari ildə yeni rekord göstəriciyə - 1,8 trilyon dollara çatacağı gözlənilir. Bu artımın əsas hissəsini yüksək qiymətlər və nəqliyyat xərcləri təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

FAO-ya görə, qida və kənd təsərrüfatı məhsullarının artan qiymətləri ərzaq təhlükəsizliyi baxımından narahatlıq doğurur. Bir çox ölkə daha yüksək ödəniş edərək daha az ərzaq alacaq. Qlobal ərzaq idxalı xərclərinin isə ötən illə müqayisədə bu il 51 milyard dollar çox olacağı proqnozlaşdırılır.

Qlobal bitki yağı istehlakının hasilatı üstələyəcəyi gözlənilir. Artan idxal xərclərində heyvan və bitki yağları əsas rolu oynayacaq.

Taxıl istehsalının son dörd ildə ilk dəfə bu il azalacağı proqnozlaşdırılır. Qlobal istifadənin isə son iyirmi ildə ilk dəfə azaldığı müşahidə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR