Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Vaqif Xaçaturyanın ailəsi ilə əlaqə saxlayır və ən qısa zamanda ona baş çəkəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nin yaydığı açıqlamada deyilir.
Komitə ötən gün Laçın sərhəd keçid məntəqəsində Azərbaycanın müvafiq qurumları tərəfindən saxlanan cani V.Xaçaturyanla əlaqədar müraciətlərə cavab olaraq qeyd edib ki, bir nəfərin Azərbaycan sərhədçiləri tərəfindən saxlanması ilə bağlı insident Qarabağdan Ermənistana 15 xəstənin daşınması zamanı baş verib.
“2022-ci ilin dekabr ayından Laçın dəhlizi ilə 680 xəstə daşınıb. Biz şəffaf şəkildə, hər iki tərəflə əməkdaşlıq və koordinasiya şəraitində işləyirik. Biz bütün qərar qəbul edənləri bu sırf humanitar missiyaya hörmətlə yanaşmağa çağırırıq"- BQXK-nin açıqlamasında bildirilir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ