Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşları 4 il ərzində korrupsiya yolu ilə mənimsənilən təxminən 125 milyard dollar vəsaiti dövlət büdcəsinə qaytarmağa nail olublar.
Musavat.com xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyev məlumat açıqlayıb.
“2020-ci ildən 2024-cü ilə qədər mütəşəkkil cinayətkar qruplardan, vicdansız oliqarxlardan və cinayətkarlardan dövlətə təxminən 10,8 trilyon som (demək olar ki, 125 milyard dollar – red.) qaytarılıb”, - o bildirib.
Taşiyevin sözlərinə görə, şəxsən ona və ailəsinə qarşı təhdidlərə baxmayaraq, ölkədə korrupsiyaya qarşı mübarizə davam etdiriləcək.
MTN rəhbəri media nümayəndələri ilə görüşündə onu da bildirib ki, dörd il ərzində respublika prezidenti Sadır Japarovun həyatına iki dəfə, özünə qarşı “5-6 dəfə sui-qəsd cəhdinin” qarşısı alınıb.
Son 4 ayda Qırğızıstanın kəşfiyyat xidmətləri dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hakimiyyətin zorakılıqla ələ keçirilməsi barədə ən azı iki dəfə məlumat verib. Hər iki halda cinayətkarlar hakimiyyəti ələ keçirməzdən əvvəl Bişkek yaxınlığında idman yarışlarından sonra paytaxta yürüş təşkil etmək və şəhərdə kütləvi iğtişaşlar törətmək niyyətində olublar.
Musavat.com
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ