İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən deputat saxlanılıb

Qırğızıstanda kütləvi iğtişaşların təşkilinə və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən “Ata-Yurt Qırğızıstan” fraksiyasından olan deputat saxlanılıb.

"Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, N.J.K. sosial şəbəkələrdə qanunsuz fəaliyyətlərə çağırıb: “O, vaxtaşırı təxribat xarakterli materiallar, o cümlədən kütləvi iğtişaşların təşkili və hökumətin devrilməsi ilə bağlı çağırışlar dərc edib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar” maddəsi ilə iş başlanıb, araşdırma aparılır”.

KİV yazır ki, bu şəxs deputat Janarbek Nadırbekovdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR