Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda Joqorku Keneş (milli parlament) deputatlarının beynəlxalq işgüzar səfərlərinə müvəqqəti qadağa qoyulub.
Musavat.com Vesti.kg-a istinadla xəbər verir ki, bu barədə parlamentin iclasında parlamentin sədri Nurlanbek Şakiyev məlumat verib.
Onun sözlərinə görə, bugünkü iclasları nəzərə almasaq, Joqorku Keneşin yaz sessiyasının başa çatmasına beş plenar iclas qalıb.
“Sizdən görüşlərdə fəal iştirak etməyinizi xahiş edirəm. Əhəmiyyətli qanun layihələri var. Bu bazar ertəsindən etibarən xarici işgüzar səfərlərə məhdudiyyətlər tətbiq edilib. Ola bilsin ki, yalnız bir neçə çox vacib işgüzar səfərlər olacaq”, - deyə Şakiyev bildirib.
Qeyd edək ki, Qırğızıstan parlamenti iyulun 1-də yay tətilinə çıxır. Deputatlar bir də iki aydan sonra, sentyabrın 1-də işə qayıdacaqlar.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ