Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda beş yaşlı uşağı oğurlamaqda və zorlamaqda ittiham olunan şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Musavat.com 24.kg-a istinadla xəbər verir ki, hökmü Karasu rayon məhkəməsi çıxarıb.
31 yaşlı müttəhim evə qanunsuz daxil olmaqda, uşağı qaçırmaqda və hədsiz qəddarlıqla cinsi təcavüzə məruz qoymaqda təqsirli bilinib.
Ümumilikdə o, əmlakı müsadirə olunmaqla xüsusi rejimli islah koloniyasında cəza çəkmək üçün ömürlük azadlıqdan məhrum edilib.
Hadisə bu ilin aprelində Oş vilayətinin Karasu rayonunda baş verib. Cinayətkar tezliklə yaxalanıb. Yerli sakinlərin sözlərinə görə, o, səhər saatlarında uşağı evdən götürərək kəndin kənarında zorlayıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ