İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan-Tacikistan sərhədində ALOVLANMA

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan - red.) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, - xidmətin məlumatında deyilir.

Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR