İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Rusiyaya nota verdi


Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

Musavat.com xəbər verir ki, məlumatı Qırğızıstan XİN yayıb.

Bildirilir ki, notada Qırğızıstan əsilli miqrantların Moskva şəhərində kütləvi şəkildə saxlanılması və onlara güc tətbiqinə etiraz əksini tapıb.

Səfiri Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev qəbul edib və aprelin 11-də Moskvanın Bodrost hamam kompleksində Qırğızıstan vətəndaşlarının kütləvi saxlanması ilə bağlı ona Bizşkekin mövqeyini çatdırıb: “Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatın verilməsi və güc tətbiqinin əsassız olduğu halda, bu insidentlə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi tələbi ilə rəsmi nota verilib”.

Bundan əlavə, Qırğızıstan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün təsirli tədbirlərin görülməsi və gələcəkdə Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək oxşar vəziyyətin yaranmasına yol verməmək xahişi də ifadə olunub.

Qırğızıstan mediası əməliyyatdan sonra 24 Qırğızıstan vətəndaşının saxlanıldığını, onlardan 4-nün Rusiyadan deportasiya ediləcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR