İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"Report" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR