Onlayn ictimai-siyasi qəzet
HƏMAS-ın hərbi qanadı olan "Qəssam Briqadaları"na bağlı qüvvələr Beyt Hanun küçələrində İsrail əsgərləri ilə şiddətli toqquşmalarının görüntülərini yayıblar.
Musavat.com xəbər verir ki, videoda çoxlu sayda tankın məhv edildiyi görünür.
HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadaları" oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli əməliyyata başlayıb.
İsrail ordusu cavab olaraq Qəzza zolağına zərbələr endirir. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 9 mindən çox insanın həyatını itirdiyini açıqlayıb.
Aytən Novruz
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ