İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada 70 girov ölüb – HƏMAS İsraili suçlayır

Qəzza zolağında İsrail qüvvələrinin anklav ərazilərinə hücumları nəticəsində HƏMAS hərəkatı tərəfindən əsir götürülən azı 70 girov ölüb.

Musavat.com “İzvestiya”ya istinadən xəbər verir ki, bunu martın 1-də hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadasının nümayəndəsi Əbu Übeyd deyib.

“Biz təsdiq edirik ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri nəticəsində öldürülən girovların sayı 70-i keçə bilər”, – Əbu Übeyd Teleqram kanalında bildirib.

O, əlavə edib ki, radikal Fələstin hərəkatının üzvləri həmişə girovların həyatını qorumağa çalışıblar, lakin İsrailin hərbi qüvvələrinin bombardmanı “düşmən rəhbərliyinin öz əsirlərini qəsdən öldürdüyünü” göstərir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR