Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib.
Musavat.com xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Daha əvvəl bildirilmişdi ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutusunun məlumatlarının təhlilini başa çatdırıb.
Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Bildirilmişdi ki, “Embraer 190”ın məlumatları qəzanı araşdıran Qazaxıstan rəsmilərinə göndərilib.
Təyyarənin quyruğunda zədədən çoxlu sayda yad cisim çıxarılıb. Onlar əlavə məhkəmə-tibbi ekspertizasına göndəriliblər.
Hesabatda bildirilib ki, ekipaj, Qroznı ilə aparılan əlaqələr zamanı uçuş zamanı idarəetməni itirdiklərini bildirib. Pilotlar əvvəlcə Minvodanın, daha sonra isə Makhachkalenin hava şəraitini soruşublar. Nəhayət, vəziyyətin ciddiliyini nəzərə alaraq uçuşu Bakıya qayıtmaqla yekunlaşdırmağa qərar veriblər.
Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb", - hesabatda deyilir.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ