İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyaya kərə yağı ixracını 4 dəfə artırıb

Azərbaycan, Uruqvay və Argentina 2025-ci ilin əvvəlindən Rusiyaya kərə yağı ixracını artırıb.

Musavat.com Rosselxoznadzor-a istinadən xəbər verir ki, Belarusdan idxalda ciddi azalma qeydə alınıb.

Bildirilir ki, hesabat dövründə Azərbaycandan Rusiyaya 940 ton kərə yağı ixrac edilib ki, bu da 2023-cü ilin eyni dövründəkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında Rusiyaya bir il əvvəlki 150 tona qarşı 649 ton, Argentina 50 tona qarşı 200 ton yağ göndərib.

Eyni zamanda, Belarusdan kərə yağı tədarükü 1,8 dəfə azalaraq 2023-cü ilin yanvarındakı 10,2 min tondan 5,6 min tona düşüb.

Xəbər verdiyimiz kimi, Rusiya ötən il kəskin qiymət artımından sonra kərə yağının 2025-ci il iyunun 15-dək rüsumsuz idxalına kvota tətbiq edib. Onun həcmi 25 min tondur. Bu tədbir 23 dekabr 2024-cü il tarixindən qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bir ayda kvotadan 1099 ton istifadə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR