İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələr komitəsi fevralın 5-də Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflərin müzakirəsinə başlayacaq.

Bu məsələ iclasın gündəliyinə salınıb.

Daimi nümayəndələr həm iqtisadi, həm də fərdi sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Bundan əlavə, "Belarusdakı vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlər" haqqında Aİ Şurasının qərarı və reqlamenti barədə fikir mübadiləsi aparılacaq.

Daha əvvəl Brüsseldə bildirilmişdi ki, Rusiyaya qarşı yeni sanksiya paketinin fevralın 24-də qəbul edilməsi gözlənilir.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR