İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Rusiyadan Ermənistana 4 milyard dollara yaxın pul göndərilib

2024-cü ildə Ermənistana fiziki şəxslərə ölkənin bank sistemi vasitəsilə xaricdən daxil olan transsərhəd pul köçürmələrinin həcmi 2023-cü ildəki 1,65 milyard dollara qarşı 1,51 milyard dollar təşkil edib.

Hesabat dövründə xarici ölkələrdən fiziki şəxslərə köçürmələrin ümumi həcmi isə 5 milyard 830 milyon dollara çatıb. Musavat.com Ermənistan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə (5,69 milyard dollar) 2,5 faiz çoxdur.

Köçürmələrin həcminə görə liderlər arasında 3,82 milyard dollarla Rusiya (ümumi həcmin 65,5 faizii) birinci, 690,6 milyon dollarla ABŞ ikinci yer tutub. 2923-cü ildə müvafiq olaraq bu ölkələrdən köçürmələr 3,94 milyard dollar və 663,2 milyon dollar olmuşdu.

Ötən il Ermənistanın bank sistemi vasitəsilə xaricə vəsait axını 2023-cü ildəki 4,04 milyard dollara qarşı 4,33 milyard dollar təşkil edib.

Ermənistandan transferlərdə əvvəlki ildə olduğu kimi liderlər BƏƏ (880,3 milyon dollar) və Rusiya (688,4 milyon dollar) olub.

Bu arada Ermənistan Maliyyə Nazirliyinin hazırladığı Makroiqtisadi İnkişaf İcmalı xəbər verir ki, 2024-cü ildə Ermənistana xalis pul axını 34,8 faiz, o cümlədən Rusiyadan 52,3 faiz, digər ölkələrdən 3,5 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR