İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranın neft ixracına ağır zərbə vurmağa hazırlaşır

ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasını yeniləyən prezident memorandumunu imzalayacağı gözlənilir.

Musavat.com xəbər verir ki, məlumatı Ağ Ev administrasiyasının rəsmisi Reuters agentliyinə açıqlayıb.

Rəsmi bildirib ki, Trampın direktivi ABŞ maliyyə nazirinə İrana qarşı “maksimum iqtisadi təzyiq”, o cümlədən mövcud sanksiyaların pozulmasına görə sanksiyalar və icra mexanizmləri tətbiq etməyi tapşırır. Məmur bildirib ki, maksimum təzyiq səyləri çərçivəsində Tramp administrasiyası “İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan” kampaniya keçirəcək.

Mənbə həmçinin qeyd edib ki, ABŞ-ın BMT-dəki nümayəndəsi “İrana qarşı beynəlxalq sanksiyaların və məhdudiyyətlərin aradan qaldırılmasının qarşısını almaq üçün” əsas müttəfiqləri ilə çalışacaq.

Trampın ilk prezidentlik dövründə maksimum təzyiq kampaniyası İran iqtisadiyyatını boğmaq üçün sərt sanksiyalardan istifadə etmək məqsədi daşıyırdı. Bayden administrasiyası Trampın tətbiq etdiyi sanksiyaları əhəmiyyətli dərəcədə yumşaltmadı, lakin onların icrasında boşluqlara yol verildi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR