Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışan, bunun üçün Ermənistanı alət, Azərbaycanı isə hədəf seçən Avropa İttifaqının Ermənistandakı missiyası növbəti dəfə ölkəmizə qarşı təxribat xarakterli addım atıb.
Musavat.com xəbər verir ki, bu dəfə missiyanın üzvləri Qazax rayonu istiqamətində görüntüləniblər.
Dövlət sərhədimizin yaxınlığına gələn avropalı "kəşfiyyatçılar" müşahidə cihazları ilə ərazilərimizi izləyiblər.
Qeyd edək ki, Aİ missiyasının Ermənistan-Azərbaycan şərti sərhədindəki fəaliyyəti son aylarda xüsusilə aktivləşib. Rəsmi Bakı bu missiyanın faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətinə dəfələrlə etiraz etsə də, İrəvan və Brüssel hələ ki, lazımi nəticə çıxarmağa tələsmir.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ