İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada yaralanan 17 yaşlı Alışan vəfat etdi

İki gün əvvəl Biləsuvarda baş vermiş ağır qəzada yaralanan şəxslərdən biri ölüb.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə minik avtomobilin toqquşması nəticəsində xəsarət alan 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Avtomobilin sürücüsü və digər sərnişinin müalicəsi isə davam etdirilir.

Qəzada vəfat edən 17 yaşlı Alışan Məhərrəmov Cəbrayıl rayonu, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbini bu il bitiribmiş.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR