İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada 4 barmağı qopan 72 yaşlı qadının barmaqları yerinə tikildi - FOTOLAR

Türkiyədə qorxunc qəzada 4 barmağı qopan qadının barmaqları yerinə tikilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən əməliyyat 7 saat çəkib.

Hadisə Rizənin Ardeşen mahalının Yayla Məhəlləsində qeydə alınıb.

Burada yaşayan Ayşe Karaca 15 gün əvvəl kənddəki kanat telinin artıq olan hissəsini yoldan keçən maşınlara zərər verməmək üçün çıxarmaq istəyib. Polad məftil qaldırılarkən kanat yolunun çəkilməsi nəticəsində Karacanın sol əlindəki 4 barmağı qopub.

Qohumları tərəfindən Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasına gətirilən Karacanın kəsilmiş barmaqları Op. Dr. Ahmet Öncül tərəfindən təxminən 7 saatlıq əməliyyatla bərpa edilib.

Əməliyyatı icra edən həkim bildirib ki, barmaqlar fizioterapiyadan sonra əvvəlki kimi işləyə biləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR