Onlayn ictimai-siyasi qəzet
"Mercedes-Benz" və Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "AMG One" hiperkarlarının geri çağırıldığını elan ediblər. Bildirilir ki, avtomobillərdə yanğın riski mövcuddur.
İstehsal olunan 275 avtomobildən 219-u, yəni təxminən 80%-i təmirə ehtiyac duyur. Bu avtomobillərin 183-ü Almaniyada yerləşir.
Qeyd olunur ki, problem mühərriklə bağlı deyil. Yanğın riski aktiv arxa qanadın hidravlik ötürücüsündəki nasazlıq səbəbilə yarana bilər./Milli.az/
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ