Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyasının İranın dinc nüvə proqramının inkişafı üçün 30 milyard dollar investisiya almasına kömək etmək planlarına dair yayılan məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə o, Truth Social hesabında paylaşımla çıxış edib: "Yalançı mediadan hansı deyir ki, "Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir"? Mən bu gülünc ideyanı heç eşitməmişəm.
Bu, yalançı medianın məni aşağılamaq üçün uydurduğu növbəti yalandır. Bu insanlar xəstədir!"
CNN-in məlumatına görə, bu ideya son həftələrdə Yaxın Şərq və ABŞ-ın əsas oyunçuları tərəfindən müzakirə olunub. O cümlədən, təkliflərdən birində İranın nüvə proqramına ABŞ-dan deyil, ərəb ölkələrindən gələn vəsaitlə 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ