İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı İranı vurmağa qadağa qoyan qətnaməni rədd etdi: Təkcə prezident qərar verəcək  


ABŞ Senatı İran əleyhinə hərbi əməliyyatların Konqresin icazəsi olmadan aparılmasına qadağa qoyan qətnaməni rədd edib.

Musavat.com-un məlumatına görə  sənəd yalnız təcili özünümüdafiə və ya birbaşa təhlükə halı istisna olmaqla, İrana qarşı bütün hücumların Konqresin təsdiqini tələb etməyi nəzərdə tuturdu.

Səsvermənin nəticələrinə görə, 53 senator qətnamənin əleyhinə, 47-si isə lehinə səs verib.

Qətnamənin müəllifi senator Tim Keyn çıxışında bildirib:

“Düşünürəm ki, bu həftənin hadisələri göstərdi ki, müharibə tək bir insanın ixtiyarına buraxılacaq qədər kiçik məsələ deyil. Müharibə – elə böyük məsələdir ki, onu bir nəfərin əhvalına, gündəlik istəklərinə və kaprizlərinə həvalə etmək olmaz.”

Qərarın qəbul edilməməsi ABŞ-da müharibə elan etmək səlahiyyətlərinin prezidentin əlində qalması ilə bağlı narahatlıqları artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR