İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə güclü zəlzələ oldu

Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların episentri General Santos şəhərindən 138 kilometr şərqdə yerləşib.

Zəlzələnin ocağı 102 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd olunur ki, General Santos şəhərinin əhalisi təxminən 679 min nəfər təşkil edir. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Sunami təhlükəsinin olmadığı bildirilib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR