Onlayn ictimai-siyasi qəzet
Rusiyada azərbaycanlı qardaşlar öldürüldü – OMON-un basqını faciə ilə nəticələndi
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyat faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı tanınmış ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli APA-ya açıqlamasında təsdiqləyib.
Onun sözlərinə görə, qardaşları Ziyəddin və Hüseyn Səfərovlar bu gün Rusiya hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı dəstələri – OMON tərəfindən hədəfə alınıblar.
“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər,” – deyə Seyfəddin Hüseynli bildirib.
Əldə edilən məlumata görə, Ziyəddin Mehdi oğlu Səfərov polis tərəfindən saxlanılarkən işgəncə ilə qətlə yetirilib. Onun digər qardaşı – Hüseyn Səfərov isə naməlum istiqamətə aparılıb və onun taleyi ilə bağlı dəqiq məlumat hələlik yoxdur.
Hazırda məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində ciddi narahatlıq mövcuddur. Hadisənin təfərrüatları və hüquqi qiymət verilməsi üçün rəsmi qurumlardan açıqlama gözlənilir.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ