Onlayn ictimai-siyasi qəzet
Çin hərbi potensialını və texnologiyasını görünməmiş sürətlə və miqyasda inkişaf etdirir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun Sakit okean komandanı, general Ronald Klark deyib.
Generalın Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki çıxışında dediyinə görə, Çin həm də mövcud münaqişələrdən dərs alır və hərbi sahədə öz imkanlarını sürətlə təkmilləşdirir.
Klark vurğulayıb ki, Pekindən əlavə, Pxenyan da öz potensialını inkişaf etdirir: "Müharibənin dəyişən şərtlərinə gəlincə, biz əmin olmalıyıq ki, zamanla uyğunlaşır və rəqiblərimizi qabaqlayırıq. Şimali Koreya bunu öyrənir və hım dı Ukraynada bunu çox tez öyrənir".
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ