Onlayn ictimai-siyasi qəzet
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
O HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.
Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
16 Yanvar 2025
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ