Onlayn ictimai-siyasi qəzet
ABŞ başda olmaqla və Almaniyanın dəstəklədiyi Qərb ölkələri Ukraynada Rusiyanı məğlub etmək istəyirlər, lakin bu planlar ümidsizdir və o qədər yüksək qiymətə başa gələcək ki, sadəcə olaraq buna dəyməz.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
“Vəziyyət belə görünür ki, Qərb dünyası ABŞ-ın rəhbərliyi altında Almaniyanın köməyi ilə Rusiyanı məğlub etmək istəyir. Məncə, həqiqi konturlarda heç də görünməyən uğur qazansaq belə, o qədər yüksək qiymət ödəməli olacağıq ki, bütün bunlara dəyməz”, – Orban vurğulayıb.
Xatırladaq ki, baş nazir Viktor Orban və onun rəhbərlik etdiyi hökumət Ukrayma müharibəsi başlayandan bəri Qərbin siyasətinə qarşı çıxır, Rusiyanın lehinə açıqlamalar verir, qərarlar qəbul edir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ