İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcmasının sədrindən İLGİNC AÇIQLAMALAR - VİDEO

Milli Məclisin foyesində parlament rəhbərliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə fotosərgi keçirilib.

Musavat.com xəbər verir ki, “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda keçirilən fotosərgi Qərbi Azərbaycandan sonuncu deportasiyanın növbəti ildönümü münasibətilə təşkil edilib və Qərbi Azərbaycandakı mədəni irsimizlə çoxsaylı nümunələr sərgilənib.

Deputatlar, Qərbi Azərbaycan İcmasının və Tarix İnstitutunun rəhbərliyi, parlament Aparatının təmsilçiləri, media mənsubları fotosərgi ilə tanış olublar. Fotosərgidə Qərbi Azərbaycandakı tarixi abidələrimiz, İrəvan xanlığı ilə bağlı unikal tarixi nümunələr, Azərbaycanın tarixi ərazilərini özündə əks etdirən xəritələr, dəhşətli deportasiya günlərini əks etdirən faktlar, eyni zamanda ötən əsrin ortalarında həyata keçirilən deportasiya ilə bağlı imperiya rəhbərliyinin qəbul etdiyi sənədlər, digər tarixi faktlar əksini tapıb.

İştirakçılar əminliklə ifadə ediblər ki, Prezidentin təsdiqlədiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası mərhələ-mərhələ həyata keçiriləcək və gün gələcək azərbaycanlılar tarixi torpaqlarına qayıdaraq Qərbi Azərbaycandakı yurd yerlərini dirçəldəcəklər.

Qeyd edək ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlament Qərbi Azərbaycandan deportasiya ilə bağlı müzakirələr də keçirəcək.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli fotosərgi davam edərkən Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR