İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcmasında Mətbuat günü münasibətilə görüş keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında (QAİ) Milli Mətbuat günü münasibətilə jurnalistlər ilə görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə QAİ üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər. QAİ sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, qurum yaradıldığı gündən Qərbi azərbaycanlılarla bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər həyata keçirilib: "Dekabrın 24-də ölkə başçısı İlham Əliyev Qərbi Azərbaycana gəldikdən sonra qarşımızda konkret vəzifələr qoydu, eyni zamanda Azərbaycan siyasətinin yeni xəttini elan etdi. Həm xarici, həm də daxili siyasətimizdə əsas hədəflərdən biri Qərbi Azərbaycan məsələsidir. Son 6 ay ayda xeyli iş görülüb. QAİ üzvləri media nümayəndələri ilə birgə bu siyasətin iştirakçıları və icraçıları olub. Ən önəmlisi hər bir azərbaycanlı Qərbi Azərbaycan məsələsini özünün məsələsi kimi qəbul edir. Bu Azərbaycanın bütövlüyü uğrunda mübarizədə xalqı səfərbər edən məsələdir. Bizim fəaliyyətimizi işıqlandıran, ictimaiyyətə təqdim edən media nümayəndələrinə təşəkkür edirəm".

Görüşün sonunda Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq edən mətbuat nümayəndələri mükafatlandırılıb.

Təşəkkürnamə alanlar arasında “Yeni Müsavat" Media Qrupunun əməkdaşı da var.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR