Onlayn ictimai-siyasi qəzet
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə NATO-nun baş qərargahında görüş keçirib.
Musavat.com xəbər verir ki, Peter Siyarto görüş barədə sosial mediada paylaşım edərək bildirib ki, Macarıstan hələ də Zakarpattia bölgəsinin maraqlarını müdafiə etməyə davam edir və bu prinsipi həm indi, həm də gələcəkdə qorumağa qərarlıdır.
Sibiqa görüşdə Ukraynanın Macarıstanla konstruktiv dialoqun davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. O qeyd edib ki, iki ölkə arasında mövcud olan problemlərin həlli üçün yollar axtarılır, Ukrayna hər zaman maneələr deyil, həll yolları tapmağa çalışır. İki ölkənin rəhbərləri gələn həftə müvafiq məsələlərlə bağlı ikili konsultasiyalar aparmağı qərara alıblar.
Sibiqa həmçinin qeyd edib ki, Ukrayna və Macarıstan kimi iki qonşu ölkə üçün etibarlı sülh, təhlükəsizlik və inkişaf hər iki tərəf üçün vacibdir.
Musavat.com
11 Aprel 2025
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ