Onlayn ictimai-siyasi qəzet
"Microsoft" korporasiyasının keçmiş baş direktoru, NBA-in (Milli Basketbol Assosiasiyası) "Los-Anceles Klippers" komandasının sahibi amerikalı Stiv Balmer, "Forbes" jurnalının dünyanın ən varlı idman klubu sahibləri reytinqində birinci yeri tutub.
Musavat.com xəbər verir ki, reytinq jurnalın rəsmi saytında dərc edilib.
Balmerin sərvəti 118 milyard dollar olaraq qiymətləndirilir və bu, basketbol klubu ilə bağlı deyil. İkinci yeri "Denver Bronkos" klubunun sahibi, Milli Futbol Liqasının (NFL) üzvü Rob Uolton (110 milyard dollar), üçüncü yeri isə NBA-nın "Dallas" klubunun sahibi Miriam Adelson (32,1 milyard dollar) tutub. Reytinqdə rusiyalı biznesmenlər yer almayıb.
Siyahıya həmçinin sərvəti 178 milyard dollar dəyərində qiymətləndirilən LVMH holdinqinin sahibi Bernard Arno da daxil edilməyib. O, Fransanın "Paris" futbol klubunun nəzarət paketini satın alıb, lakin jurnal ikinci divizion klublarının sahiblərini reytinqə daxil etmir.
Musavat.com
11 Aprel 2025
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ