İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərbdə Ukraynanın hücumunu şou sayırlar"

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeriy Zalujnı ordusunun irəliləyişinin gözlənildiyindən daha yavaş olması ilə bağlı şərhlərdən qəzəblədiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “The Washington Post” qəzetinə müsahibəsində danışıb.

Zalujnın sözlərinə görə, Ukrayna ordusu hava üstünlüyü və bir sıra zəruri silah növlərinin olmamasına baxmayaraq, irəliləməyi bacarır.

“Biz cəmi 500 metr olsa belə, hər gün irəlilələyə bilirik. Bu bütün dünyanın baxdığı, mərc etdiyi və ya buna bənzər bir şou deyil. Burada hər metr qanla alınır. Bəlkə, işlər şou iştirakçılarının, müşahidəçilərin istədiyi qədər sürətli getmir, amma bu onların problemidir”, - deyə, ukraynalı general bildirib.

Zalujnının sözlərinə görə, Vaqnerçilərin qiyamı cəbhədəki döyüşlərə heç bir təsir göstərməyib və Ukrayna hərbçiləri rus qoşunlarının müqavimətinin zəifləməsini hiss etməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR