İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb kəşfiyyatı Rusiya gömrüyünün gizli məlumatlarını ələ keçirib: bu dövlətlər ifşa edildi...

Rusiya 6 ayda 171 milyon dollarlıq sanksiyalı təyyarə hissələri idxal edib!

Ukraynaya hücumuna görə Qərbin saysız-hesabsız sanksiyalarına məruz qalan Rusiya qadağan olunan malları dolayı yolla almağa davam edir. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərbin əsas təyyarə istehsalçıları ölkə ilə əlaqələri kəsəndən sonra işğalçının mülki aviasiyası çətin vəziyyətə düşüb. 2022-ci il ərzində Rusiya aviaşirkətləri istismar müddəti bitmiş koponent və detalların dəyişilmədiyi təyyarələrlə 2 mindən çox reys həyata keçirməli olub.

Lakin 2022-ci ilin payızından etibarən Rusiya şirkətləri üçüncü ölkələr vasitəsilə qadağan olunan hissələrin ikili idxalını yoluna qoya biliblər. Belə ki, 2023-cü ilin əvvəlindən bəri “Aeroflot”, S7 Airlines, “Rossiya” və “Pobeda” aviaşirkətləri öz təyyarələri üçün 110 milyon dollarlıq komplektləşdirici hissələr idxal ediblər. Onlar bunu Çin və Birləşmiş Ərəb Əmirlikləri üzərindən həyata keçiriblər. “Aeroflot” ABŞ-ın Honeywell şirkətinə məxsus 7,5 milyon dollarlıq, Woodward şirkətinin 4,5 milyon dollarlıq, Boeing şirkətinin 2,5 milyon dollarlıq, Fransanın Safran Nacelles şirkətinin 4,5 milyon dollarlıq hissələrini əldə edib.

S7 Airlines şirkətinin törəməsi olsn “Qlobus” 2023-cü ilin martında ABŞ-Fransa şirkəti olan CFM International –ın Airbus A320 təyyarələri üçün nəzərdə tutulan mühərrikini 7,5 milyon dollara idxal edib. Həmin ay S7 ABŞ-ın General Electric şirkətinin istehsalı olan, Embraer E170 sərnişin təyyarəsində istifadə edilən mühərriki 4,4 milyon dollara ölkəyə gətirdib.

“Pobeda” isə ABŞ mənşəli Honeywell şirkətinin 3,5 milyon dollarlıq, Rockwell Collins Inc və Boeing şirkətlərinin hər birinin 2 milyon dollarlıqdan yuxarı hissələrini idxal edib.

“Rossiya” aviaşirkəti isə bu il ərzində 6 milyon dollarlıq yalnız Honeywell hissələri idxalına nail olub.
Bu təyyarə hissələrinin bir hissəsini Rusiyaya kiçik “Protektor” şirkəti idxal edib. Cari il ərzində bu şirkət 61 milyon dollarlıq təyyarə hissələri gətirib. Onlar arasında Boeing 767, Boeing 737 və Airbus A320 təyyarələri üçün 6 mühərrik də var. “Protektor” bu idxalı BƏƏ və Taylanddakı firmaların vasitəsilə əldə edib.

Bütövlükdə 6 ay ərzində Rusiyaya 171 milyon dollarlıq qadağan olunmuş təyyarə hissələri çatdırılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR