İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qənirə xanım mənim anamdan olmayan bacım idi” - Kərkükdən gəlmiş mərkəz rəhbəri - VİDEO

Mərhum millət vəkili Qənirə Paşayevanın vəfatının birinci ildönümü günündə onun məzarını ziyarət etmək üçün türk dünyasının müxtəlif ünvanlarından gələnlər var.

Bu gün, sentyabrın 28-ində “Yeni Müsavat” Media Qrupunun əməkdaşı İkinci Fəxri Xiyabanda olarkən Kərkükdən ziyarətə gələn Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı-jurnalist Şəmsəddin Küzəçi ilə görüşüb. Söhbət əsnasında məlum olub ki, Ş.Kuzəçinin Azərbaycana budəfəki səfərində Kərkük Mədəniyyət Mərkəzi ilə Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq müqaviləsinin məhz Q.Paşayevanın vəfatının birinci ildönüm günündə imzalanmasının önəmli mənası var. Belə ki, Kərkük Mədəniyyət Mərkəzi ilə Q.Paşayeva arasında Türk dünyasına, Kərkük türklərinin haqlarının qorunması istiqamətində əməkdaşlığın on illərlə tarixi var imiş və bu proseslərdə BAMF da yaxından iştirak edib. Bundan sonra isə iki təşkilat həm də Qənirə Paşayevanın ruhunu şad etmək üçün bir yerdə daha intensiv əməkdaşlıq etməyi, Türk dünyasına birgə töhfə verməyi qərarlaşdırıblar.

Qənirə xanımın məzarı ziyarərt edildikdən, dualar oxunduqdan, məzarın üzərinə güllər düzüldükdən sonra həm Şəmsəddin Kuzəçi, həm də Umud Rəhimoğlu Musavat.com-a Türk dünyasının qiymətli ziyalısı Qənirə Paşayeva ilə bağlı ürək sözlərini bölüşüblər.

Videomaterialı diqqətinizə təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR