İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə PaşayevaHatay Böyükşəhər Bələdiyyəsinin başqanı ilə görüşüb

MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Azərbaycan nümayəndə heyəti Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Dos.dr. Lütfü Savaşla görüşüb.

Musavat.com xəbər verir ki, MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qardaş Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetinin evsahibliyi etdiyi "VIII Uluslararası TÜRKCESS - Təhsil və Sosial Bilimlər Konqresi"nin yüksək səviyyədə baş tutduğuna və Hatay səfəri müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Böyükşəhər bələdiyyə başqanına təşəkkür edib.

Komitə sədri və Azərbaycan nümayəndə heyətinin üzvləri ümidvar olduqlarını bildiriblər ki, Hatay Böyükşəhər bələdiyyəsinin Azərbaycanın uyğun bir bələdiyyəsi ilə qardaşlaşması və Hatayda Qarabağ, Şuşa, xarıbülbüllə, ümumən Azərbaycanla bağlı park və ya meydan açılması məsələsinə baxılacaqdır.

Böyükşəhər bələdiyə başqanı Azərbaycan nümayəndə heyətinin təkliflərini müsbət qarşıladığını və müvafiq qaydada baxılacağını bildirib.

Azərbaycan nümayəndə heyəti adından Bələdiyyə başqanına Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR