İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Fuad Əliyevin anası ilə görüşüb - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda, Vətən müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordenli Fuad Əliyevin anası Rəsmiyyə xanım Əliyeva ilə görüşüb.

Görüşdə şəhid anasının ürək sözləri dinlənilib.

Fuad Əliyevin qəhrəmanlığı haqqında bilgilərlə tanış olduğunu bildirən Millət vəkili, şəhid hərbçimizin əziz ruhuna dərin ehtiramını bildirib. Q.Paşayeva ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqət-qayğısının respublikanın hər bir vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhid anaları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu deyib.

Q.Paşayeva qəhrəman şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Fuad Ramin oğlu Əliyev (10.05.2001, Aşağı Öysüzlü, Tovuz - 11.11. 2020, Şuşa) 2007-2018-ci illərdə Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Fuad Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut (Ağoğlan), Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.
Şəhid Fuad Əliyev doğma kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Fuad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən yüksək "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

O, həmçinin "Vətən uğrunda" (15.12.2020), "İgidliyə görə" (18.12.2020), "Şuşanın azad olunmasına görə" (29.12.2020), "Xocavəndin azad olunmasına görə" (24.06.2021) medalları ilə də təltif olunub.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR