İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür etdi - FOTO, VİDEO

Millət vəkili Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür edib.

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva bu barədə şəxsi facebook profilində yazıb:

"Var olun, əziz dostlar!

Adanadakı qardaş-bacılarımıza dəstək olduğunuz üçün! Biz birlikdə güclüyük!

Qənirə Paşayeva və könül dostları “Gözəl Yaşam Mərkəzi”nin rəhbəri Arzu xanım, “Nej Aləmi“ MMC-nin rəhbəri Əliş müəllim, “Dəniz Diş” klinikasının rəhbəri Toğrul müəllim, Hədəf liseyinin rəhbəri Şəmil bəy, dəyərli ziyalılar Kamal bəy, Rəis Rəsulzadə, dəyərli sənətkarımız Gülüstan xanım, dəyərli ziyalılarımız İradə xanım, Almaz xanım, Əsmətxanım müəllimə, Sevda xanım qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Adana vilayəti üçün yardım kampaniyasına qoşulublar. Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Adanada zəlzələdən zərər görənlərə yardımda bulunublar.

Adana vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq isti geyimlər, quru qidalar, çaylar, isidici cihazlar alaraq Aqro Terminala (Salyan şossesi 22) aidiyyəti üzrə təhvil veriblər.

Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR