İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür etdi - FOTO, VİDEO

Millət vəkili Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür edib. 

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva bu barədə şəxsi facebook profilində yazıb: "Var olun əziz dostlar! Kahramanmaraşdakı qardaş-bacılarımıza dəstək olduğunuz üçün! Biz birlikdə güclüyük!"

Qənirə Paşayeva daha sonra Türkiyəyə yardım edən Məhəmməd müəllim, "Gözəl Yaşam" Mərkəzinin rəhbəri Arzu Bağırova, "Nerj aləmi"nin rəhbəri Əliş bəy, "İydə" parfumün sahibi Rütəm Verdiyev, ”Tovuz -Baltiya“ MMC, Grand Hospitaldan Ramiz bəy, tanınmış sənətçi Xəyyam Nisanov, Fərqanə Qasımova, Zamiq bəyə dəyərli ziyalılar Süleyman Qasımov müəllim Leysan, Telman Səfərov, Rafiq müəllim, Vilayət müəllim, Rəşad İsmayılov, Rais Rəsulzadə, İlham Pirmməmədov, Afət Xanbabayeva, Dr. Pakizə, Dr. İntizar, Salatın xanım, Zenfira xanım, Sveta xanıma, Günay xanım, Pərvanə xanım, Naibə xanım, Təranə xanım, Ali Güvən, Mahir müəllim, Abbas müəllim, Tural müəllim, Cəmilə Qurbanova, Dr.Rima İbadova, Zərnişan Turan, Sevda həkimə təşəkkür edərək onların yenidən qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı Kahramanmaraş vilayəti üçün yardım kampaniyasına qoşulduqlarını bildirib.

Komitə sədri qeyd edib ki, və könül dostları ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Kahramanmaraşda zəlzələdən zərər görənlərə yardımda bulunublar. Kahramanmaraş vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq bezləri, uşaq yeməkləri və quru qidalar, çaylar, isidici cihazlar, çadır alaraq Aqro Terminala (Salyan şossesi 22) aidiyyəti üzrə təhvil veriblər.

Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR