İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid "Qarabağ" ordenli mayor Elsevər Paşayevin ailəsi ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordenli mayor Elsevər Paşayevin həyat yoldaşı və qızı ilə görüşüb.

Musavat.com xəbər verir ki, qəhrəman zabitin doğum günün ərəfəsində keçirilən görüşdə şəhid xanımının və qızının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

"Qarabağ" ordenli mayorun qəhrəmanlığı haqqında bilgilərlə ictimaiyyətimizin qürurla tanış olduğunu bildirən Millət vəkili, şəhid zabitimizin əziz ruhuna dərin ehtiramını bildirib. Q.Paşayeva ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqət-qayğısının respublikanın hər bir vətəndaşı kimi Millət vəkilləri üçün də örnək olduğunu vurğulayaraq, şəhid ailələri, şəhid yadigarları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu deyib.
Q.Paşayeva qəhrəman şəhidin xanımına və yadigarına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Elsevər Vaqif oğlu Paşayev (01.07.1988, Qovşudlu kəndi, Cəbrayıl - 25.10.2020, Qubadlı) 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad кənd tam orta məкtəbində təhsil alıb. 2002-2005-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti nəzdindəki Heydər Əliyev adına Hərbi İnstitutu) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qız övladı yadigar qalıb.
Mayor Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşüb, Qubadlıda şəhid olub. Qəhrəman zabitimiz II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Elsevər Paşayev, Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən yüksək "Qarabağ" hərbi ordeni ilə təltif edilib.

Hərbi xidmət illərində "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif olunmuş Elsevər Paşayev, şəhid olduqdan sonra "Vətən uğrunda" (15.12.2020),
"Cəbrayılın azad olunmasına görə" (24.12.2020), "Qubadlının azad olunmasına görə" (29.12.2020) medalları ilə də təltif olunub.
Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR