İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Pərvin Həmidovun həyat yoldaşı ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Pərvin Həmidovun həyat yoldaşı Günay xanım Həmidova ilə görüşüb.

Musavat.com xəbər verir ki, şəhid hərbçimizin xanımının ürək sözləri dinləyən millət vəkili, şəhidimizin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə tanış olub.

Şəhid hərbçimizin əziz ruhuna dərin sayğılarını bildirən Millət vəkili ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqət-qayğısının respublikanın hər bir vətəndaşı kimi Millət vəkilləri üçün də mühüm örnək olduğunu vurğulayıb, şəhid ailələri ilə hər görüşün onunçün çox əziz görüş olduğunu deyib.

Q.Paşayeva qəhrəman şəhidin xanımına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, əslən Laçından olan Pərvin Azər oğlu Həmidov 08 mart 1994-cü ildə Yevlax rayonun Bəydili kəndində doğulub. 2000-ci ildə Xaldan qəsəbə tam orta məktəbində 1-ci sinifə gedib. 2006-ci ildə ailəsi ilə birgə Mingəçevir şəhərinə köçən Pərvin Həmidov, 2011-ci ildə 25 saylı Kəlbəcər köçkün məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cağırılıb. 2013-cü ilin oktyabr ayında hərbi xidmətdən təxris olunan Pərvin Həmidov, iki il Gəncə şəhər Yol İdarəsində sürücü vəzifəsində çalışıb. O, 09 mart 2017-ci ildə ailə həyatı qurub; iki övladı var. Oğlu Azər 04 oktyabr 2018-ci ildə, qızı Nilay 01 fevral 2020-ci ildə anadan olub.

Pərvin Həmidov 2019-cu ilin dekabr ayında Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi qulluqcu kimi işə başlayıb.

Vətən müharibəsi başlayarkən döyüşlərdə iştirak edən Pərvin Həmidovun döyüş yolu Talış-Suqovuşan istiqamətindən keçib.

Hərbi avtomobil sürücüsü olan Pərvin Həmidov 44 günlük Vətən müharibəsində şərəflə iştirak edib. O, düşmən texnikasının ələ keçirilməsində, düşmən səddinin yarılmasında şücaət göstərib. Hərbçimiz 457 saylı yüksəklikdə, şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarası alaraq, bu həyata gözlərini əbədi yumub. 02 oktyabr 2020-ci ildə şəhidimizin nəşi Mingəçevir şəhərinə gətirilib və buradakı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən şəhid Pərvin Azər oğlu Həmidov “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR