İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Özbəkistanın tanınmış alimləri və fəal qadınları ilə görüşdü - FOTOLAR

MM Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Özbəkistanın Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsini, Ali Məclisin Qanunvericilik Palatasının elm, təhsil,mədəniyyət və idman komitəsini ziyarət edib, bu ölkənin tanınmış alimləri, ziyalıları və fəal qadınları ilə görüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Nəfəs İB-nin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Özbəkistan Ali Məclisinin Elm, Təhsil,Mədəniyyət və İdman komitəsinin sədri Erkin Zaxidov ilə görüşüb. Daha sonra komitə sədri Daşkənddə qardaş ölkənin bir qrup böyük alimləri, akademikləri, tanınmış ziyalıları ilə görüşüb. İki qardaş ölkə ziyalıları arasında əlaqə və əməkdaşlığın daha da güclənməsinin vacibliyinin vurğulandığı görüş zamanı Mədəniyyət komitəsi və "Nəfəs" İB adından onlara Qarabağ motivli xatirə hədiyyələri, Qənirə xanımın müəllifi olduğu kitablar və tanınmış azərbaycanlı ziyalıların əsərləri hədiyyə olunub. Q. Paşayeva böyük alimləri, akademikləri, tanınmış ziyalıları ölkəmizə dəvət edib və onlara Mədəniyyət paytaxtımız Şuşadan danışıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva eyni zamanda Özbəkistanın Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsini ziyarət edib, təşkilatın sədri və qardaş ölkənin fəal qadınları ilə geniş fikir mübadiləsi aparıb. Q. Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri onlara Qarabağ motivli hədiyyələr təqdim ediblər. Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR