İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Aprel döyüşlərinin şəhidi Əlzaman İslamovun anası  ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin vətəndaş qəbulu günündə, Aprel döyüşlərinin şəhidi Əlzaman İslamovun anası Hürnisə xanım Kərimova ilə görüşüb. Görüşdə şəhid anasının qayğıları öyrənilib, onunla ətraflı söhbət aparılıb, ürək sözləri dinlənilib.

Q.Paşayeva ali dövlət rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının, respublikanın hər bir vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhid anaları ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid əsgər Əlzaman İslamovun əziz ruhuna dərin ehtiramını bildirib.

Q.Paşayeva şəhid anasına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əlizaman Fərrux oğlu İslamov (12.06.1997, Zabrat qəsəbəsi, Bakı – 02.04.2016) şəhid olduqdan 4 gün sonra (06.04.2016), Lənkəranın Cil kəndində son mənzilə yola salınıb. Əlizaman İslamov Aprel Döyüşləri zamanı şücaət, fədakarlıq göstərdiyinə görə (şəhid olduqdan sonra) “Hərbi xidmətdə fərqlənməyə görə” (III dərəcəli) medalı ilə təltif edilib.

O ailənin tək oğlu idi.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR