İnsanlara hürriyət, millətlərə istiqlal!

Qebreyesus gözləri dolaraq AÇIQLADI: "Orada vəziyyət Ukraynadakından daha pisdir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu dəfə koronavirusdan yox, ailəsini yerlə-yeksan edən müharibədən danışıb.

Musavat.com xəbər verir ki, Qebreyesus açıqlamasında ölkəsindəki - Efiopiyadakı vəziyyətin Ukraynadakından daha pis olduğunu bildirib və qlobal reaksiyadakı fərqin arxasında irqçiliyin dayandığını deyib. 

O, ölkəsində baş verənləri danışarkən gözləri dolub. 

"Orada çoxlu qohumlarım var. Mən onlara pul göndərmək istəyirəm, amma göndərə bilmirəm. Çünki kimin öldüyünü, kimin sağ olduğunu belə bilmirəm" - deyə Tedros Adhanom Qebreyesus bildirib. 

2020-ci ildə Efiopiyada savaş başlayandan bu günə qədər bölgə telefon və internetsiz, bir sözlə, dünyadan təcrid olunmuş vəziyyətdədir. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Tıqrayın 5,5 milyon əhalisinin təxminən yarısı qidaya ciddi ehtiyac duyur.

ABŞ rəsmiləri Efiopiyadakı savaşda minlərlə insanın öldüyünü, 2 milyondan çox insanın evlərini tərk etdiyini və 700 minə yaxın insanın aclıqda yaşamağa məcbur olduğunu bildirib.

Mart ayında Tıqray qüvvələri ilə Efiopiya hökuməti arasında razılaşdırılmış humanitar atəşkəsdən sonra bu həftə döyüşlər yenidən başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR