İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilərin protezlə təminatı yekunlaşmaq üzrədir - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib.

APA xəbər verir ki, ümumilikdə postmüharibə dövründə 324 nəfər müharibə əlilinin 338 ədəd müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib.

Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərdir ki, 128 ədəd müasir protezlə təmin olunublar.

200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir və həmin şəxslərə ümumilikdə 210 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidovun sözlərinə görə, ümumilikdə Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir: “Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR