Onlayn ictimai-siyasi qəzet
Nursultan Nazarbayevin uzunmüddətli prezidentlik dövründə nöqsanlar olub, amma yalnız işləməyənlər səhv etmirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli “Ana Tili” qəzetinə müsahibəsində deyib.
“Nazarbayev istefa verdikdən sonra Təhlükəsizlik Şurasının sədri oldu. Həmin vaxt açığını desək, o, siyasi aktivliyindən geri qalmırdı; Hətta xarici liderlər, diplomatlar da buna təəccüblə baxırdılar, hələ mən bizim yerli ictimaiyyəti demirəm. Hətta həmin vaxt zarafat da edirdilər: “İstefadan sonra Nazarbayevin vəzifəsi yüksəldi və prezidentə tabe oldu. Amma həyat zarafatı sevmir.
Bu vəziyyət ikili hakimiyyətlə bağlı şayiələr dalğasına səbəb oldu. Və bürokratik təbəqə çaşqınlığa düşdü, əvvəlcə bir ofisə, sonra digərinə baş çəkdi və göstərişlərdə çaşqınlıq yarandı”, -deyə Tokayev qeyd edib.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ