İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın baş naziri Azərbaycanın Astanadakı səfirliyinə GƏLDİ

Qazaxıstanın baş naziri Oljas Bektenov Azərbaycanın Astanadakı səfirliyinə gəlib. O, Aktau yaxınlığında AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar açılan xatirə kitabına qeyd qoyub.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

"Bu çətin məqamda Qazaxıstan hökuməti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İtki ağrısını bölüşərək, təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı, Azərbaycan xalqına isə səbr diləyirəm. Biz qardaş Azərbaycana müvafiq yardım və hərtərəfli dəstək göstərəcəyik", - deyə O.Bektenov qeyd edib.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR