İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan Rusiya ilə bağlı maraqlı addım

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar qəbul edib və sənəd normativ hüquqi aktların standart nəzarət bankında dərc edilib.

“Qazaxıstan Respublikası Hökuməti qərara alır: Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Rusiya Federasiyasındakı Ticarət nümayəndəliyi ləğv edilsin”, - deyə normativ hüquqi aktlar portalında deyilir. Bundan əvvəl Qazaxıstanın Ticarət Nazirliyi “Açıq Normativ Hüquqi Aktlar” portalı Rusiya Federasiyasındakı ticarət missiyasını qapatmaqla bağlı qərar layihəsini ictimai müzakirənin müzakirəsinə açmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR