İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan Jirinovski ilə bağlı ŞOK QƏRAR - Abidə planı ÇÖKDÜ

Qazaxıstanın Almatı şəhərində Rusiya Liberal Demokrat Partiyasının (LDPR) ilk lideri Vladimir Jirinovskiyə abidə qoyulmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Yermek Koşerbayev açıqlama verib.

“Xeyr, əlbəttə ki, qoyulmayacaq. Mən “xeyr” dedim, çünki bunun üçün heç bir əsas yoxdur” – deyə Koşerbayev jurnalistin sualına cavab verib.

Onun sözlərini Qazaxıstan mətbuatı yayıb.

Bundan əvvəl Rusiya mətbuatında Almatıda Jirinovskiyə 2026-cı ildə abidə qoyulacağı ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, LDPR-in qurucusu 22 aprel 1946-cı ildə Qazaxıstanın cənubundakı Almatı şəhərində anadan olub.

Vladimir Jirinovski 6 aprel 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR