Onlayn ictimai-siyasi qəzet
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana qarşı yeni cinayət ittihamı irəli sürülüb.
Musavat.com bildirir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına Baş Prokurorluq məlumat verib.
İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaqların qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sərkisyana qarşı 18 xüsusilə külli miqdarda oğurluq, iki xüsusi külli miqdarda çirkli pulların yuyulması və üç cinayət işi üzrə ittiham irəli sürülüb.
Sərkisyana qarşı həbs-qətimkan tədbiri kimi getməmək barədə sənəd seçilib.
Xatırladılır ki, Sərkisyan həm də dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsinin qərarı ilə ona bəraət verilsə də, prokurorluq apelyasiya şikayəti verib.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ